Türkiyə MN: Suriyanın şimalında 3 terrorçu məhv edilib

  • By arzu
  • 02 Fevral 2021 14:27

Türkiyə ordusu Suriyanın şimalında əməliyyat keçirərək bölgəyə girməyə cəhd göstərən terrorçuları məhv edib.

 

Gununsesi.org xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Əmin-amanlıq və təhlükəsiz mühiti pozmaq üçün Barış Pınarı və Fərat Qalxanı əməliyyatı bölgəsinə sızmağa cəhd göstərən və atəş açan 3 PKK/YPG terrorçusu qəhrəman komandolarımız tərəfindən zərərsizləşdirilib”, – nazirlikdən bildirilib.

Gununsesi.org