Aİ səfirindən müsbət açıqlama: Azərbaycan pomidorları Avropa bazarlarında olmalıdır

  • By arzu
  • 03 Fevral 2021 12:31

Avropa İttifaqı Rusiyanın Azərbaycandan pomidor idxalına embarqo qoymasından sonra çox vacib və pozitiv bir mesaj verib. Bu mesajı isə Avropa İttifaqının ölkəmizdəki səfiri Kestusis Yankauskas belə çatdırıb.

”Məsələn, Azərbaycan fındıq ixracında çox uğurludur və ölkənin ixrac bazarına bir neçə Avropa ölkəsi də daxildir. Bu təcrübəni pomidor ixracında da tətbiq etmək üçün keyfiyyətə olduqca ciddi nəzarət edilməlidir. Fındıq ixracı üçün nəzarət sistemi əla qurulub. Təbii ki, pomidor və ya digər meyvə-tərəvəzlərə də eyni səviyyəli nəzarət tətbiq olunarsa, onların AB-yə ixracı həyata keçirilə bilər. Azərbaycan pomidorları Avropa bazarlarında olmalıdır”.

Ekspert Zaur Əkbər isə hesab edir ki, pomidorun keyfiyyətini ciddi şəkildə Avropa standartlarına uyğunlaşdırdıqdan sonra yerli pomidoru Avropa bazarına çıxarmaq ölkəyə həm xarici valyutanın (avro) gəlməsi, həm də pomidorun Rusiyaya satılan qiymətdən daha baha satılması üçün çox faydalıdır.