
Ukraynada koronavirusun (COVİD-19) kütləvi yayılmasına görə yanvarın 8-dən tətbiq olunan sərt karantin rejimi yanvarın 25-i 00:00-dan ləğv edilir.
Gununsesi.info xəbər verir ki, bununla bağlı qərar Ukrayna Nazirlər Kabinetinin iclasında qəbul edilib.
Bununla da Ukraynada martın 31-dək yumşaldılmış karantin müddəti hökm sürəcək. Bu müddətdə ticarət-əyləncə mərkəzləri, idman zalları, fitnes-mərkəzləri, hovuz, kino və teatrların fəaliyyəti, kütləvi tədbirlərin keçirilməsi mümkün olacaq. Kafe və restoranlar saat 07:00-dan 23:00-dək fəaliyyət göstərəcək.
Qeyd edək ki, sərt karantin rejimi bütün ölkə üzrə tətbiq edilmişdi.
Gununsesi.info