Moskvada son 140 ilin rekord temperaturu qeydə alındı – Yanvar ayı üçün

  • By arzu
  • 25 Yanvar 2021 17:09

Rusiya paytaxtında yanvar ayında 140 ilin rekord temperaturu qeydə alınıb.

 

 

Gununsesi.org-un Rusiya mətbuatına istinadən xəbərinə görə, yanvarın 25-i səhər saatlarında VDNX-da yerləşən meteoroloji stansiyada havanın temperaturu +3,8°C göstərib.

Sinoptiklər bu cür temperaturun Moskva üçün klimatik normadan 11-12 dərəcə çox olduğunu bildiriblər. Sonuncu dəfə 2002-ci il 25 yanvar tarixində Moskvada +3,6°C istilik qeydə alınıb.

Gununsesi.org