Azərbaycanda ömürlük cəza alan futbolçular kubok matçının nəticəsini manipulyasiya ediblər -YENİLƏNİB

“MOİK-in futbolçuları Emin Mehtiyevlə Fərmayıl Əliyev bu mövsüm Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Səbail”ə qarşı keçirilmiş oyunun nəticəsini manipulyasiya ediblər”.

Bu barədə  UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli məlumat verib.

HTML tutorial

Onun sözlərinə görə, məsələ ilə bağlı araşdırmalar davam edir:

“Şübhələr çox ola bilər. Amma bu gün konkret olaraq 1 oyun ətrafında araşdırma aparılır. İstintaq hələ bitməyib”.

Səlimli danışılmış oyunlarda başqa futbolçuların da iştirakının ola biləcəyini istisna etməyib:

“Hər şey mümkündür. Bilirsiniz ki, bu çox uzun və sonsuz mövzudur. İstintaq davam etdiyi üçün başqa adlar və klublar da çıxa bilər. Bununla bağlı heç bir zəmanət yoxdur. Həm daxildə, həm də xaricdə müraciət edə biləcəyimiz bütün tərəflərlə işləyirik. Hətta AFFA daxilindəki komissiya da bu işə köklənib”.

15:48

Azərbaycanda iki futbolçu danışılmış oyunlarda iştiraka görə ömürlük diskvalifikasiya edilib.

AFFA-nın rəsmi saytının yaydığı xəbərə görə, MOİK klubunun üzvləri Fərmayıl Əliyev və Emin Mehtiyev futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olunub.

Tərəflər bu qərarı aldıqdan sonra 15 gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına apellyasiya şikayəti verə bilərlər.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Emin Mehtiyev “Abşeron”, “Sumqayıt”, “Səbail”, “Qaradağ Lökbatan”, “Keşlə” klublarının, həmçinin Türkiyədə “Niksar Bələdiyyəspor”un formasını geyinib. Fərmayıl Əliyev isə “Turan”ın yetirməsidir. O, müxtəlif vaxtlarda “Şərurspor” və “Neftçala” komandalarının da şərəfini qoruyub.

Gununsesi.info