HƏMAS İsrailə 5 min raketlə hücuma keçdi – “Əl-Əqsa tufanı” əməliyyatı başladı

Fələstinin HƏMAS hərəkatının hərbi qanadının komandiri Məhəmməd əl-Dayf İsrailə qarşı hərbi əməliyyata başladığını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə HƏMAS-ın silahlı qanadının komandiri bildirib. “Birinci mərhələdə İsrail mövqelərinə 5 min raket və minaatan atılıb”, – deyə o qeyd edib.

“Fələstin xalqı öz inqilabını yenidən kəşf edir və dövlət yaratmaq layihəsinə qayıdır. Biz İsrailin qanun pozuntularına qarşı xətt çəkmək qərarına gəldik və İsrailə qarşı “Əl-Əqsa tufanı” əməliyyatına başladıq”, – deyə əl-Dayf bildirib.

Məhəmməd əl-Dayf  bildirib ki, “Birinci mərhələdə İsrail mövqelərinə 5000 raket və minaatan atılıb”.

Onun sözlərinə görə, “Əl-Əqsa tufanı” əməliyyatı İsrailin düşündüyü və gözlədiyindən qat-qat böyük olacaq.

Fələstinli komandir İslam və ərəb dünyasını İsrail işğalını “silmək” üçün birləşməyə çağırıb.

Birinci mərhələdə İsrailin hərbi obyektləri və hava bazaları hücuma məruz qalıb. Əl-Deyf vurğulayıb ki, İsrail istiqamətində raketlərin buraxılması davam edəcək.

Səid Əhmədli
Gununsesi.info