İsrailin onlarla döyüş təyyarəsi HƏMAS-ın hədəflərinə zərbələr endirir

İsrailin onlarla döyüş təyyarəsi Qəzza zolağında Fələstinin HƏMAS qruplaşmasının hədəflərinə zərbələr endirir.

Gununsesi.info xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Zərbələr şənbə günü səhər tezdən Fələstin anklavından başlayan kütləvi raket hücumundan sonra edilir. Bundan əvvəl İsrail ordusu Qəzzada “Dəmir qılınclar” əməliyyatına başladığını elan edib.

Səid Əhmədli
Gununsesi.info