
Azərbaycanın Xalq artisti, Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva I Beynəlxalq Vokal Festivalı keçirəcək.
Gununsesi.info xəbər verir ki, sənətkarın öz adını daşıyacaq festivalda dünyanın bir çox tanınmış vokalçıları çıxış edəcək.
F. Hacıyeva masştanlı festivala artıq hazırlıqların başlandığını bildirib:
“Əziz dostlar, sizinlə önəmli bir xəbəri bölüşmək istəyirəm. Uzun müddətdir planlaşdırdığım bir layihəm artıq reallaşır. Tezliklə təşkil edəcəyim Beynəlxalq Festivalda dünyanın müxtəlif ölkələrindən olan məşhur dirijorlar, opera ifaçıları, o cümlədən, ölkəmizin məşhur opera müğənniləri çıxış edəcəklər. Həmçinin Festivalda ölkəmizin gənc vokalçıları da öz bacarıqlarını nümayiş etdirəcəklər. Bu Festivalın ölkəmizdə opera sənətinin inkişafında mühüm rolu olacağına inanıram”.
Gununsesi.info