Türkiyəli nazir vətəndaşa xəbərdarlıq etdi: “Mənə yaxınlaşma” –MƏTBUAT KONFRANSINDA MARAQLI ANLAR(VİDEO)

Türkiyəli nazir vətəndaşa xəbərdarlıq etdi: “Mənə yaxınlaşma” –

Türkiyənin Səhiyyə Naziri Fahrettin Kocanın keçirdiyi mətbuat konfransında maraqlı hadisə yaşanıb.

Gununsesi.org xəbər verir ki, bu barədə “HaberGlobal” məlumat yayıb.

 Xəbərdə nazirin koronavirusla bağlı son statistikanı açıqlamaq üçün mətbuat konfransına hazırlaşdığı vaxt çəkilmiş görüntülər təqdim edilib.

Görüntülərdə mətbuat konfransına hazırlaşan Fahrettin Kocaya nazirlik əməkdaşlarından biri sosial məsafəni pozaraq yaxınlaşır. Buna laqeyd qalmayan nazir dərhal nazirlik əməkdaşına “mənə yaxınlaşma” deyərək xəbərdarlıq edib.

 


Gununsesi.org

COMMENTS