ABŞ-ın Azərbaycana ayırdığı yardımın necə istifadə olunacağı açıqlandı

ABŞ-ın Azərbaycana ayırdığı yardımın necə istifadə olunacağı açıqlandı

ABŞ hökuməti Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə Azərbaycan hökumətinin koronavirusun yayılmasına qarşı apardığı səylərə dəstək məqsədilə 1,7 milyon ABŞ dolları miqdarında vəsait ayırıb.

Gununsesi.org bildirir ki, bu ölkənin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, sözügedən məbləğ Azərbaycan hökuməti ilə birgə çalışan və USAID-ın tərəfdaş təşkilatları olan üç qurum arasında bölüşdürüləcək.

Bunlar Ümumdünya Səhiyyə Təşkilatı (WHO), BMT-nin Uşaq Fondu (UNICEF) və Beynəlxalq Qızıl Xac və Qızıl Ayrapa Cəmiyyətləri Federasiyasıdır (IFRC).

Gununsesi.org

COMMENTS