Kıvanç Tatlıtuğun koronavirus testinin cavabı məlum oldu

Kıvanç Tatlıtuğun koronavirus testinin cavabı məlum oldu

Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğun koronavirus testinin cavabı bəlli olub.

Gununsesi.org bildirir ki, bu barədə “Twitter” hesabından paylaşım edən aktyor test nəticələrinin neqativ çıxdığını deyib:

“Yüksək hərarət və öskürək şikayəti ilə gəldiyim xəstəxanada müayinələr nəticəsində ağciyərimdəki kiçik bir hissədə sətəlcəm aşkar edildi. Bununla bağlı nəzarətə götürüldüm və müalicə edildim. Bu gün COVID-19 testinin nəticəsinin mənfi olduğunu öyrəndim”.

Tatlıtuğ sabah ediləcək son müayinələrdən sonra evdə müalicəsinə davam edib-etməyəcəyinin məlum olacağını bildirib və tibb işçilərinə təşəkkür edib.

Gununsesi.org

COMMENTS