Türkiyədə bu günə qədər gənə dişləməsi səbəbindən baş verən ölümlərin sayı səkkizə çatıb.
Gununsesi.org “HaberGlobal” məlumat verir ki, bu infeksiyaya yoluxan 492 nəfərin 82-si sağalıb.
CCHF virus infeksiyası (Crimean-Congo Hemorrhagic Fever Virus Infection) adlanan bu xəstəliyə dünyanın 30-dan çox ölkəsində rast gəlinib.
Türkiyədə son zamanlar tez-tez rast gəlinən xəstəliklə bağlı Sivas, Tokat, Yozqat, Giresun rayonlarında xüsusi xəstəxanalar ayrılıb.
Gununsesi.org
COMMENTS