Bu ilin yanvar-may aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 59,9 min ton ilkin formalarda polietilen ixrac edib.
Gununsesi.org-un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 38,3 milyon ABŞ dolları təşkil edib.
5 ayda polietilenin qeyri-neft sektoru üzrə ixracda payı 5,3% olub.
Azərbaycanda aşağı və yüksək sıxlıqlı polietilen istehsal edilir. Aşağı sıxlıqlı polietilen Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda, yüksək sıxlıqlı polietilen isə “SOCAR Polymer” MMC-nin ötən ilin fevralında istismara verilmiş eyni adlı zavodunda istehsal edilir.
COMMENTS