“Vətəndaşlarımızın Azərbaycana buraxılmaması qanunsuzdur”- VƏKİL

“Vətəndaşlarımızın Azərbaycana buraxılmaması qanunsuzdur”

“Vətəndaşlarımızın Rusiya və Türkiyə sərhədlərindən Azərbaycan Respublikasına buraxılmaması qanunsuzdur. Heç bir karantin rejimi belə məhdudiyyətlərə səbəb ola bilməz”.
Gununsesi.org xəbər verir ki, bunu vəkil Cavad Cavadov yazıb.
O bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin IV. bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ var.
Rəsmi qurumların Azərbaycan Respublikasına qayıtmaq istəyən vətəndaşlarımızın ölkəyə buraxmamasına heç bir halda izah verilə bilməz.
Onun sözlərinə görə, əsas Qanunun ( Vətəndaşlıq hüququnun təminatı) adlanan 53-cü maddəsinə əsasən II. Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz.
“III. Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir. Vətəndaşlarımızın Azərbaycan Respublikasına qayıtmalarına maneələr dərhal aradan qaldırılmalı və ölkəyə daxil olduqdan sonra onların mövcud qaydalara uyğun karantinə alınması təmin olunmaldır”, – vəkil bildirib.
Xatırladaq ki, Rusiya və Türkiyə ilə sərhəddə xeyli sayda Azərbaycan Respublikasının vətəndaşları karantin rejimi əsas gətirilərək ölkəyə buraxılmır.
Gununsesi.org

COMMENTS