Səfil qalan azərbaycanlılar –JALƏ MÜTƏLLİMOVA YAZIR...

Səfil qalan azərbaycanlılar –

Bu şəkildəki vandallığı heç bir dövlət, öz ərazisində yaşayan, başqa dövlətin vətəndaşına edə bilməzdi. Ancaq Rusiya bizə edir. Üzümüzə hırıldaya-hırıldaya həm də.
Səfir Polad Bülbüloğlu Azərbaycanda on iki nəhəng rəsm əsərini oğurlatdırıb xaricə çıxarandan. Onu Bülbülə xatir xilas elədilər. Hətta Rusiya himayə elədi. Xatırlayıram, o əsərlərlə bağlı radioreportaj işləmişdim. Həbs edilməli idi. Niyəsə Mədəniyyət Naziri postundan uzaqlaşdırdılar, Rusiyaya səfir təyin etdilər. Yəqin, düşündülər ki, bəlkə burada nəsə edə. Əfsus ki, bu adamın nazirliyi necə idisə, səfirliyi də elə oldu.
Ordan keçək Səudiyyə Ərəbistanına. İki gündür əlimdə bir səs yazısı, ora iş icabı gedən azərbaycanlıların vəziyyəti ilə bağlı üz tutmadığım adam, qapı yoxdur. Yazıq adamlar adlarını da çəkmirlər, qorxurlar ki, birdən onlara kimlərsə zərər vurar. Amma deyirlər, durumumuz bərbaddır. Qalmağa yerləri yox, ciblərində pul yox, ehtiyac içində, qorxunc durumda, səfiri görə bilmirlər, köməkçi də deyir ki, “dövlət heç nə eləmir, biz neynəyək?”.
Adamlar yalvarırıar ki, bizi Azərbaycana gətirin, batırıq. Bircə çarter reys təşkil olunsun. Dövlətmi eləmir, ya sizmi? Ölümdürmü bir reysi təşkil eləmək? Bəs haçan faydanız olacaq bu dövlətə?
Biz cəmi on milyonuq, onca milyon. Nə qədərini Rusiyada pis günə salıb, nə qədər adamı da Səudiyyə Ərəbistanında zarıya-zarıya qalıb. Əl insaf bə, adamlar. Yezid siz elədiyinizi əsirlərinə eləməyib. Hanı bu Operativ Qərəgah? Niyə hesabat verilmir dövlətə ki, Azərbaycanın övladları ölkələrdə səfil durumuna salınıb? Hanı bu işin təşkilatçıları? Hanı idarəçiləri, hanı dava döyənləri ki, hər şey əla gedir? Yerinizə utanım, deyərdim, amma, düşünürəm ki, öz yerimə kim utanacaq, bəs? Yəni, vətəndaş kimi sizə baxıb utanıram… Və həmişə maraqlıdır mənə, bizim qədər ölkən içi və dışında alçaldılan, özünü sevməyən, sevilməyən, amma, çoxlu yaxşı, saf adamlardan ibarət başqa millət də varmı yer üzərində?!..
Jalə Mütəllimova

Gununsesi.org

COMMENTS