Fransada naməlum şəxs 3 nəfəri öldürdükdən sonra özünə qəsd edib

Fransada naməlum şəxs 3 nəfəri öldürdükdən sonra özünə qəsd edib

Fransanın qərbində yerləşən De Sever bölgəsindəki mərmər mədənində naməlum şəxs 3 nəfəri öldürüb, 1 nəfəri yaralayıb.

Gununsesi.org RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Bildirilib ki, hadisəni törədən şəxs sonradan özünə qəsd edib.

Naməlum şəxsin mədən işçisi olub-olmadığı məlum deyil. Hadisənin motivləri barədə məlumat verilməyib.

Özünə vurulan yaralar səbəbindən bir insanın həyatı hazırda risk altındadır.

 

Gununsesi.org

COMMENTS