
Norveçli qatil Anders Breyviq ikinci dəfə Norveç dövlətini məhkəməyə verir.
Gununsesi.info yerli mətbuata istinadən xəbər verir ki bu barədə Breyviqin vəkili Oeysteyn Storrvik bildirib.
Vəkilin sözlərinə görə, Breyviqin iddiası əvvəlki iddiası ilə eyni mövzuya aiddir.
“Norveç dövləti Breyviqi həddindən artıq təcrid etməklə onun haqlarını pozur. Breyviq 11 ili Norveç həbsxanasında dünyanın qalan hissəsindən təcrid olunmuş vəziyyətdə keçirib. Digər məhbuslar kimi Breyviqə də xarici dünya ilə yazışmağa, əlaqə saxlamağa icazə verilmir”.
Vəkil Storrvikin sözlərinə görə, bu, Breyviqin hüquqlarını pozur.
Breyviq sonuncu dəfə avqust ayında bu məsələ ilə bağlı Norveç dövlətini məhkəməyə vermişdi.
Qeyd edək ki, Breyviq Norveçdə ən uzun müddət hesab olunan 21 illik həbs cəzası çəkir. Onun hələ də təhdid yaratması təsdiqlənərsə, cəza müddəti uzadıla bilər.
Xatırladaq ki, 2011-ci ildə ifrat sağçı Breyviq tərəfindən törədilən terror aktı nəticəsində 77 nəfər həlak olub.
Gununsesi.info