
Türkiyənin Malatya vilayətində yenidən zəlzələ olub.
Gununsesi.info xəbər verir ki, bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Doğanşehir rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 6.9 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.
Gununsesi.info