
“Rusiya ilə münaqişədə Ukraynanın qələbəsi qeyri-mümkündür, mövcud vəziyyəti həll etmək üçün danışıqlara ehtiyac var”.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bunun Avropa Parlamentinin keçmiş üzvü Naycel Faraj Böyük Britaniya qəzetlərindən birinə müsahibəsində deyib.
“Biz ya Ukraynaya silah verməyə davam edə bilərik. Lakin Putin Rusiya iqtisadiyyatını yenidən qurdu, indi tamamilə hərbi ehtiyaclara yönəldilib. Danışıqlar apara bilərik”- deyə o vurğulayıb.
Onun fikrincə, Ukraynadakı vəziyyəti həll etmək üçün danışıqlar lazımdır. O, Donald Tramp prezident seçilərsə bu cür danışıqlara girəcəyini bildirib:
” Tramp Ağ Evə qayıtsa Britaniya hökumətinə Vaşinqtonla münasibətləri gücləndirməyə kömək etməyə hazıram” – deyə o əlavə edib”.
Şəbnəm
Gununsesi.info