Türkiyədə uşaqlar arasında baş verən dava faciə ilə nəticələnib

  • By ilhame
  • 23 Mart 2024 19:45

Türkiyənin Qaziantep vilayətində uşaqlar arasındakı dava faciə ilə nəticələnib.

 

Gununsesi.info TRT Haber-ə istinadən xəbər verir ki, Qaziantep vilayətinin Nizip rayonunda uşaqlar arasında naməlum səbəbdən yaranmış mübahisə davaya çevrilib.

 

Bu zaman məsələyə uşaqların ailələri qarışıb. Böyüklər arasındakı dava zamanı silahdan istifadə edilib. Nəticədə 2 nəfər yaralanıb. Yaralılar əraziyə çağrılmış tibb personalı tərəfindən xəstəxanya çatdırılsa da, xəsarət alanlardan biri – 70 yaşlı Nejdet Kayanın həyatını xilas etmək mümkün olmayıb. Digər yaralının isə müalicəsinin davam etdiyi bildirilib.

 

Hadisə ilə bağlı araşdırma başladılıb.

Gununsesi.info