
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və “AzRosPromİnvest” MMC-nin təşkilatçılığı ilə Qazax rayonu ərazisində yerləşən “Daş Salahlı” bentonit gili yatağı üzrə istismarı yekunlaşan ərazilərdə ağacəkmə aksiyası keçirilib.
Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən istismarı yekunlaşan və ehtiyatı bitmiş faydalı qazıntı yataqları sahələrində rekultivasiya işlərinin aparılmasına və ağacəkmə aksiyalarına start verilib.




