Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 186 nəfər ölüb.
Gununsesi.info xəbər verir ki, ölkənin Səhiyyə naziri Fəahrettin Koca bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 11 479 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 9 894, ağır xəstələr isə 3 094 nəfər olub.
Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları da müəyyən edilməyən 2 307 581 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 182 145 nəfər sağalıb, 22 450 nəfər isə ölüb.
Nazir deyib ki, ağır xəstə sayı azalmağda davam edir.