
Amerika Birləşmiş Ştatların Bakıdakı səfirliyi Cənub Qaz Dəhlizi layihəsinin başa çatması və Azərbaycanın təbii qazın Avropaya nəqli münasibətilə ölkəmizi təbrik edib.
Gununsesi.info-ya daxil olan təbrikdə deyilir: Cənub Qaz Dəhlizi layihəsinin başa çatması və Azərbaycanın təbii qazın Avropaya nəqli münasibətilə ölkənizi təbrik edirik. Bu layihə üzərində son on il işlər davam etdikcə ABŞ Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi Azərbaycanın mühüm, strateji rolunu təbliğ etməkdən qürur duyur. Azərbaycanın iqtisadi artımı və inkişafına təkan verəcək və Avropanın enerji təhlükəsizliyinə davamlı töhfəsi olan bu əlamətdar nailiyyəti qeyd edən Azərbaycana qoşuluruq.
Turanə Tağızadə
Gununsesi.info