Paşinyanın Moskva səfəri Ermənistanda panika YARATDI

  • By arzu
  • 08 Yanvar 2021 17:58

Ermənistanda baş nazir Nikol Paşinyanın 11 yanvarda Moskvaya edəcəyi səfərlə bağlı narahatlıq artıb.

 

Gununsesi.org xəbər verir ki, Ədliyyə Nazirliyi qarşısında toplaşan müxalifətçilər Paşinyanın səfər zamanı Azərbaycana ərazi güzəştləri nəzərdə tutan anlaşmaya imza atacağını bildirirlər.

“Aydındır ki, yanvarın 11-də Paşinyan Moskvaya hansısa məsələ ətrafında danışıqlar aparmaq ya da hər hansı müqavilə imzalamaq üçün gedir. Səfər sirr saxlanılır və ehtimal edirəm ki, Paşinyan düşmənə Ermənistanın bir hissəsini verməyi düşünür”- deyə “Vətən” partiyasının şura üzvü Arsen Babayan deyib.

 

Etirazçılarla görüşə çıxan ədliyyə naziri Rüstəm Badasyan isə yayılan məlumatları inkar edib.

Gununsesi.org