
Ermənistanın keçmiş prezidenti Robert Köçəryanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Gununsesi.info “Aysor.am”a istinadən xəbər verir ki, bunu eks-prezident aparatının rəhbəri Viktor Soqomonyan açıqlayıb.
Lakin o, telefon danışığının detalları ilə bağlı əlavə şərh verməkdən imtina edib.
Xatırladaq ki, 17-20 dekabr tarixlərində Köçəryan Moskvada xüsusi səfərdə olub.
Gununsesi.info