Yeni virus ABŞ-a çatdı

ABŞ-da COVID-19-un Birləşmiş Krallıqda aşkar olunmuş yeni B.1.1.7 növünə birinci yoluxma halın qeydə alıb.

Gununsesi.info CNN-ə istinadla xəbər verir ki, bu barədə Kolorado ştatının qubernatoru Cared Polis məlumat verib.

O bildirib ki, mütəxəssislər Koloradoda ilk dəfə koronavirusun yeni ştammına yoluxmanı qeydə alıblar.

Daha əvvəl Almaniyada, İsveçrədə, Nigeriyada, Kanadada, İtaliyada, habelə digər ölkələrdə koronavirusun ilk dəfə Britaniyada aşkarlanmış ştammına yoluxma halı qeydə alınıb.

Qeyd edək ki, koronavirusun yeni ştammı daha çox yoluxucudur, buna görə də təhlükəli sayılır.

Gununsesi.info