DTX-nin saxladığı idarə rəisi sərbəst buraxıldı

DTX-nin saxladığı idarə rəisi sərbəst buraxıldı

Mayın 8-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılan vəzifəli şəxslərdən biri sərbəst buraxılıb.

Gununsesi.org BakuPost.az-a istinadən xəbər verir ki, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov ilkin dindirmədən sonra evə yola salınlb.

Onunla eyni vaxtda saxlanılan Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov, nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovla bağlı isə məhkəmənin qərarı 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

 

Gununsesi.org

COMMENTS