
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən müəyyən olunmuş nöqsanların aradan qaldırıldığı obyektin fəaliyyətinin bərpasına icazə verilib.
Bu barədə Gununsesi.info -ya FHN-dən məlumat verilib.
Belə ki, bu ilin aprel ayında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsi, 10 ünvanında yerləşən “Pak məkan hamamı” adlı obyektdə yoxlama keçirilib.
Xidmət tərəfindən sözügedən obyektdə yanğın təhlükəsizliyi ilə bağlı müəyyən edilmiş nöqsanların ötən müddət ərzində aradan qaldırıldığı nəzərə alınaraq, “Pak məkan hamamı”nın fəaliyyətinin bərpasına icazə verilməsi barədə qərar qəbul edilib.





Gununsesi.info