Türkiyədə daha 27 nəfər pandemiyanın qurbanı oldu- STATİSTİKA

Türkiyədə daha 27 nəfər pandemiyanın qurbanı oldu

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 27 nəfər ölüb.

Gununsesi.org xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 33633  şübhəli koronavirus testindən keçib, onlardan 1003-nün  cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4249 nəfər ölüb, 153548 nəfər bu infeksiyaya yoluxub, 114990 nəfəri isə müalicə olunub.

Bu gün 1092 xəstə evə buraxılıb.

 

Gununsesi.org

COMMENTS