Türkiyədə 1 gündə yol qəzalarında 9 nəfər ölüb, 1047 nəfər yaralanıb

  • By ilhame
  • 07 Aprel 2024 14:09

Türkiyədə Ramazan bayramı tətilinin ilk günündə baş vermiş 651 yol-nəqiyyat hadisəsində doqquz nəfər ölüb, 1 047 nəfər yaralanıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkədə bildirib.

 

“Bayram tətilinin ilk günündə yol qəzalarında, təəssüf ki, doqquz vətəndaşımız həlak olub. 1 047 vətəndaşımız isə yaralanıb”, – nazir diqqətə çatdırıb.

 

Yerlikaya vurğulayıb ki, statistika sadəcə 6 aprel tarixini əhatə edir.

Gununsesi.info