Putin Səudiyyə şahzadəsi ilə danışdı

  • By Günel
  • 13 Noyabr 2024 21:31

Rusiya Prezidenti Vladimir Putinlə Səudiyyə Ərəbistanı vəliəhdi və Nazirlər Şurasının sədri Məhəmməd bin Salman əs-Səud arasında telefon danışığı baş tutub.

Gununsesi.info xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.

“Telefon danışığı zamanı Fələstin-İsrail münaqişəsi zonasındakı çətin vəziyyət müzakirə edilib, Rusiya və Səudiyyə Ərəbistanının Yaxın Şərq nizamlanması ilə bağlı prinsipial yanaşmalarının praktiki olaraq üst-üstə düşdüyü qeyd edilib”, – məlumatda bildirilib.

Bundan əlavə, Putin və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Kazanda keçirilən uğurlu BRİCS sammiti kontekstində fikir mübadiləsi aparıb və şəxsi təmasları davam etdirmək barədə razılığa gəliblər.

Gununsesi.info