Məşhur britaniyalı aktyor vəfat etdi

  • By Günel
  • 13 Noyabr 2024 23:21

Keçmiş SSRİ liderləri Mixail Qorbaçov və İosif Stalinin rollarını oynayan britaniyalı aktyor Timoti Uest 91 yaşında vəfat edib.

Gununsesi.info “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə sənətçinin yaxınları məlumat yayıb.

Aktyor karyerası ərzində “Vanya dayı”, “Satıcının ölümü”, “Gecəyə uzun gündüz səyahəti”, “Makbet” və “Kral Lir” kimi layihələrdə rol alıb.

Gununsesi.info