Türkiyə parlamentinin komitə sədri Bakıya gəldi - Fotolar

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Azərbaycana səfər edib.

Gununsesi.info -nun xəbərinə görə, bu barədə Fuat Oktay “X” hesabında paylaşım edib.

“Azərbaycan Respublikası Milli Məclisinin 106-cı ildönümü münasibətilə keçiriləcək Beynəlxalq Parlament Konfransı üçün nümayəndə heyəti olaraq Can Azərbaycandayıq” , – paylaşımda qeyd edilib.