Altı ay əvvəl direktor təyin olunan şəxs vəzifəsindən azad edildi

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sumqayıt Nəqliyyat” MMC-yə yeni direktor təyin edilib.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, bu, Hüseyn Rəhimovdur.

O, şirkətin rəhbərliyində Məzahir Piriyevi əvəz edib. M.Piriyev bu vəzifəyə 2024-cü ilin mayında təyin olunmuşdu.

Xatırladaq ki, “Sumqayıt Nəqliyyat” 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 manatdır.

 

 

Gununsesi.info