Prezidentdən ölüm ayağında olan övladına azadlıq istədi - VİDEO

Gəncə şəhər sakini Abdullayeva Natəvan Vəli qızı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, hazırda həbsdə olan xəstə övladı Abdullayev Məmmədbağır Mübariz oğlu üçün müraciət edib.

Gununsesi.info xəbər verir ki, buna səbəb, 2020-ci ildə həbs olunan Abdullayev Məmmədbağır Mübariz oğlunun boğazında ağır xərçəng xəstəliyinin aşkar olunmasıdır.

Belə ki, sözügedən şəxsin boğazında yaranan xərçəngin artıq 4-cü mərhələdə olduğu rəsmi şəkildə təsdiq olunub.

15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Abdullayev Məmmədbağır Mübariz oğlu hazırda  Penitensiar Xidmətin Müalicə mərkəzinə köçürülüb

Anası Abdullayeva Natəvan Vəli qızı ölkə Prezidenti İlham Əliyevdən oğlunun azad edilməsini, qalan ömrünün övladlarının yanında keçməsini xahiş edir:

Sözügedən müraciəti təqdim edirik:

 

 

 

 

Gununsesi.info