Bakının bu ərazisində sakinlərə maşınlarla su veriləcək

Magistral su xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar Qobu, Güzdək qəsəbələrinə, Höküməli qəsəbəsinin və Yasamal rayonunun bir hissəsinə suyun verilməsində fasilə yaranacaq.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA)Gununsesi.info -ya verilən məlumata görə, təmir işlərinin bazar günü günü yekunlaşacağı planlaşdırılır. Gün ərzində suyun əvvəlki rejimdə verilməsi bərpa olunacaq.

Qeyd olunur ki, bu müddətdə sakinlərə maşınlarla su veriləcək.

 

 

Gununsesi.info