Hacıqabulda avtomobil aşıb, ölən və yaralanan var

  • By Günel
  • 06 Dekabr 2024 08:35

Hacıqabul rayonunun Muğan qəsəbəsində “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb.

Gununsesi.info xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.