Ukrayna parlamenti genişmiqyaslı səfərbərliklə bağlı qanun layihəsini hökumətə qaytarıb

  • By ilhame
  • 11 Yanvar 2024 19:46

Ukraynada genişmiqyaslı səfərbərliyi və uzun müddət döyüşənlərin demobilizasiyasını nəzərdə tutan qanun layihəsinin yeni variantı Ali Radada müzakirə olunmayaraq geriyə, Nazirlər Kabinetinə qaytarılıb.

 

Gununsesi.info xəbər verir ki, Ali Radanın mətbuat xidmətindən sayta verilən  məlumata görə, hakim Xalqın xidmətçisi partiyasından olan deputatlar qanun layihəsini hazırkı ictimai duruma daha da uyğun variantda müzakirəyə çıxarmağın tərəfdarı olublar.

 

Bu səbəbdən layihə daha da təkmilləşdirilməsi məqsədilə geri Nazirlər Kabinetinə qaytarılıb.

 

Qeyd edək ki, ötən ilin son aylarında təklif olunan sənəd bu həftə Ali Radaya müzakirə üçün təqdim olunmuşdu.

 

Sənəddə döyüşlərə çağırış yaşının minimum 27-dən 25-ə endirilməsi, qadınların səfərbərliyə rəsmən cəlb olunması və bir sıra məqamlar var.

 

Hakim Xalqın xidmətçisi partiyasından deputatlar və prezident Volodimir Zelenski qadınların hərbi səfərbərliyə cəlb olunmasının əleyhinə çıxış edib.

 

Qanun layihəsi yarım milyon şəxsi heyətin orduya cəlb olunmasını nəzərdə tutur və bunun ardınca Ukraynanın cəbhədə daha ciddi nailiyyətlər üçün addımlar atacağı gözlənilir.

 

Gununsesi.info