
Türkiyənin Muğla vilayətinin Kızılpınar bölgəsində güclü yanğın başlayıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın hadisəsi Dalaman hava limanının yaxınlığında meşəlik ərazidə qeydə alınıb.
Alovun qarşısını almaq üçün bölgəyə çox sayda yanğınsöndürən maşın və helikopterlər cəlb olunub. Yanğın qısa zamanda nəzarətə götürülüb.
Hazırda yanğının söndürülməsi işləri davam edir.