Futbol üzrə Azərbaycan millisinin qapıçısı Emil Balayev Qazaxıstanın “Tobol” klubundan ayrılıb.
Gununsesi.org xəbər verir ki, bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verib.
Qeyd edək ki, E.Balayev “Tobol”un heyətində 36 matçda meydana çıxıb. O, bu kluba ötən mövsümün əvvəlində transfer olunmuşdu.
Gununsesi.org
COMMENTS