Türkiyə hərbçiləri Liviyaya göndərilir- Parlament razılıq verdi

Türkiyə hərbçiləri Liviyaya göndərilir

Bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) Liviyaya hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənədin müzakirəsi ilə bağlı iclas keçirilib.

Gununsesi.org-un “NTV.com.tr” saytına istinadən verdiyi xəbərə görə, sənədlə bağlı müzakirələrdən sonra səsvermə keçirilib.

Elektron üsulla baş tutan səsvermədə 509 millət vəkili iştirak edib. Vəsatət 184 səsə qarşı 325 səslə qəbul edilib.

Qeyd edək ki, qətnamə layihəsi Liviyaya qoşun göndərmək üçün hökumətə səlahiyyət verir. Türkiyə Silahlı Qüvvələrinin Liviyadakı vəzifə müddəti bir il olaraq təyin olunub.

Liviyaya göndəriləcək qoşunların sayı Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən müəyyənləşdiriləcək

 

Gununsesi.org

COMMENTS