“Rusiya vətəndaşlarının gəlir səviyyəsi o qədər aşağıdır ki, onunla ÜDM-in əhəmiyyətli dərəcədə artmasına nail olmaq mümkün deyil”.
Gununsesi.org xəbər verir ki, bu barədə azərbaycanlı milyarder Araz Ağalarov “Forbes” jurnalının müxbirinini 2020-ci ildə Rusiya iqtisadiyyatını və Rusiya biznesini nə gözlədiyinə dair sualına cavabında bildirib.
Onun sözlərinə görə, mövcud vəziyyət istehsalın artırılmasına imkan verməyən amillərdən biridir, çünki istehsal olunan malları satmağa heç kim yoxdur: “Bu gün ölkədə orta pensiya 200 dollar civarındadır, bəziləri daha da azdır, orta əmək haqqı da azdır”.
İş adamı Rusiyada yaxşı vergi inzibatçılığının olduğunu vurğulayıb: “Vergi yığımı artır, baxmayaraq ki, kifayət qədər yüksəkdir. Əvvəllər verginin artması qismən ödəmədən çəkinmə qabiliyyəti ilə kompensasiya edilirdisə, hazırda bu demək olar ki, mümkün deyil”.
Milyarderin sözlərinə görə, gələn il hamı başa düşəcək ki, hazırkı vergi səviyyəsi saxlanıla bilməz, buna görə bununla bağlı bir şey etmək lazımdır: “Və buna nə qədər tez diqqət etsələr, daha yaxşı olar”.
Bu məqamda bildirək ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin etiraf edib ki, rusların əksəriyyəti hələ də milli layihələrin həyata keçirilməsindən sonra baş verən yaxşı dəyişiklikləri hiss etmilər. O, dekabrın sonunda hökumətlə görüşü zamanı vətəndaşların gəlirlərini artırmağı bir nömrəli vəzifə adlandırıb.
Gununsesi.org
COMMENTS