Azərbaycanlı aparıcı Gömrük Komitəsinin fəaliyətindən gileyləndi: “Bayram tətilimiz burnumuzdan gəlir”

Azərbaycanlı aparıcı Gömrük Komitəsinin fəaliyətindən gileyləndi: “Bayram tətilimiz burnumuzdan gəlir”

Jurnalist Vamiq Nəsirov Gürcüstan-Azərbaycan sərhədindən video paylaşım edib.

Gununsesi.org xəbər verir ki, avtomobildən çəkiliş edərək Sınıq Körpü keçid məntəqəsindəki ləngimədən və vətəndaşların saatlarla gözlədilməsindən gileylənən Vamiq Nəsirov Gürcüstandan Azərbaycan tərəfə keçdikdən sonra 4 saat sərhəddə gözlədilməsini sərhəd keçid məntəqəsində cəmi 2 keçid qapısının işləməsi ilə əlaqələndirib.

O qeyd edib ki, 1 saat neytral ərazidə gözləsə də, cəmi 10-15 maşın yoxlanılaraq ölkəyə içəri buraxılmayıb.

Vamiq Nəsirov “Həddindən artıq “sürətli” keçid” adlandırdığı video paylaşımında geri dönüşdə elektron növbənin olmamasından da gileylənib.

 

Gununsesi.org

COMMENTS