Hillari Klinton başqa bir ölkədə universitet rektoru təyin olundu

Hillari Klinton başqa bir ölkədə universitet rektoru təyin olundu

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Böyük Britaniyanın Belfast şəhərində yerləşən Kvins Universitetinin (Queen’s University of Belfast) rektoru təyin edilib.

Gununsesi.org xəbər verir ki, bu barədə universitetin saytında məlumat verilib.

Məlumata görə, Klinton 1 yanvardan etibarən vəzifəsini icra etməyə başlayıb. Bildirilib ki, o, Şimali İrlandiyanın inkişafına əhəmiyyətli töhfə verəcəyi üçün beş illik müddətə seçilib.

Qeyd edək ki, siyasətçi universitet tarixində bu vəzifədə ilk qadın olacaq.

Klinton bu təyinatın onun üçün böyük şərəf olduğunu bildirib.

Gununsesi.org

COMMENTS