Fransada kilsədə ayin zamanı 21 nəfər dəm qazından zəhərlənib

Fransada kilsədə ayin zamanı 21 nəfər dəm qazından zəhərlənib

Fransanın Uas departamentinin Karlepon qəsəbəsindəki kilsəyə milad ayininə gələn 21 nəfər dəm qazından zəhərlənib.

Gununsesi.org AFP-yə istinadən xəbər verir ki, kilsəyə toplaşan 150 nəfər dindardan bəziləri ayin zamanı başağrısı hiss etdikləri üçün hadisə yerinə yanğın xidməti, jandarma, xilasedicilər cəlb edilib.

Aralarında uşaqlar və yaşlıların da olduğu 72 nəfərə ilkin tibbi yardım göstərilib. Halı pisləşən 21 nəfər isə xəstəxanaya yerləşdirilib.

 

Gununsesi.org

COMMENTS