“Türk” ləqəbli dövlət başçısı ölkəni qarışdırdı 60 yaşdan yuxarı....

Salvadorun dövlət başçısı “Türk” ləqəbli Nayib Bukele aldığı qərarla dünyanın gündəmindədir. Ataları Osmanlı İmperatorluğundan Fələstinə köçən və sonra Salvadorda məskunlaşan gənc Prezident Nayib Bukele son vaxtlar həm ölkəsində, həm də beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.

Gununsesi.info xarici mətbuata istinadla xəbər verir ki, Bukele 60 yaşdan yuxarı hakimlərin vəzifədən çıxarılacağını söyləyib. O bildirib ki, ölkəsində yaşı 60-dan yuxarı hakimlərin sayı 150-dir və bu, ümumi hakim sayının üçdən birini təşkil edir.

Dövlət başçısı bu hakimlərin korrupsiya cinayətləri törədəcəyi ehtimalını nəzərə alaraq onların təqaüdə göndəriləcəyini açıqlayıb.

Qeyd edək ki, Salvador Ali Məhkəməsi Bukelenin ardıcıl iki dəfə prezident ola biləcəyini təsdiqləyib. Bukele 2024-cü ildə yenidən prezidentliyə namizəd olacaq.

Gununsesi.info