
ABŞ-ın Florida ştatında atışma baş verib.
Gununsesi.info “RİA Novosti”yə istinadla xəbər verir ki, atışma nəticəsində bir uşaq da daxil olmaqla 4 nəfər öldürülüb.
Hazırda cinayətkar (Brayan Rayli) xəstəxanadadır, daha sonra o, həbs ediləcək.
Qeyd edilir ki, Brayan Rayli metamfetamin adlı narkotik vasitə qəbul etdiyini bildirib.