ABŞ-da daşqınlar nəticəsində 10 nəfər ölüb

  • By admin
  • 22 Avqust 2021 15:49

ABŞ-ın Tennesi ştatında intensiv yağışlar daşqınlara səbəb olub.

“Haber Global”ın məlumtına görə, təbii fəlakət nəticəsində azı 10 nəfər ölüb, 31 nəfərsə itkin düşüb.

Ölənlərdən ikisinin azyaşlı olduğu bildirilib.

Qeyd edək ki, dünən Nyu-Yorkda pandemiyanın başlanğıcından bəri keçirilən ən böyük konsert leysan səbəbindən yarımçıq dayandırılıb.

Gununsesi.info