“Taliban” qadınlara daha bir qadağa qoydu

Əfqanıstanda hakimiyyəti ələ alan “Taliban” qadınlara daha bir qadağa qoyub.

Gununsesi.info TASS-a istinadla xəbər verir ki, mövcud rejim özəl universitetlərdə və kolleclərdə oxuyan qadınlar müsəlman baş örtüyü olan niqab taxmasalar dərsə girə bilməyəcəklər.

“Taliban” bu qərarı Əfqanıstanda bazar ertəsi başlayacaq yeni tədris ili ərəfəsində elan edib.

Bu vəziyyətdə dərslər kişilər üçün ayrı, qadınlar üçün ayrıca aparılmalıdır. Yəni, qız tələbələrin yerləşdiyi otağın bir hissəsi pərdə ilə hasarlanmalıdır.

Gununsesi.info