Tramp Putinlə görüşün təşkil edildiyini bildirib

Donald Tramp bildirib ki, onunla Rusiya prezidenti Vladimir Putin arasında görüş təşkil olunur.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti görüşün nə vaxt baş tutacağı ilə bağlı heç bir qrafik göstərməyib.

Floridadakı Mar-a-Laqo kurortunda etdiyi şərhdə, “O, görüşmək istəyir və biz bunu təşkil edirik” deyib.

Tramp yanvarın 20-də vəzifəyə gəldikdən sonra Ukraynada müharibəyə son qoymaq üçün danışıqlar aparmağa söz verib və ABŞ-ın Kiyevə hərbi və maliyyə dəstəyinə şübhə ilə yanaşdığını bildirib.

Orxan Saffari

Gununsesi.info